Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.
Məlumata görə, Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.
O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.
SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.
Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.//APA
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ