Onlayn ictimai-siyasi qəzet
Türkiyənin korifey incəsənət xadimlərindən olan Orhan Gencebay xəstəxanaya yerləşdirilib.
Musavat.com Oxu-az-a istinadən xəbər verir ki, buna səbəb onun gəmidən yıxılması olub.
Məlumata görə, hadisə məşhur ifaçının həyat yoldaşı Sevim Emre ilə Anadoluhisarıdakı restorandan Balta limanındakı malikanəsinə qayıdan zaman baş verib. Limana çatanda mühafizəçilər əvvəlcə Sevim Emrenin gəmidən enməsinə kömək ediblər. Daha sonra Gencebaya əllərini uzadıblar, ancaq ifaçı tarazlığını itirərək kürəyi üstə beton döşəməyə yıxılıb.
Ombası və kürəyindən əzilən Gencebay xəstəxanaya aparılıb. Müayinə zamanı onun bədənində qırıq-çıxıq görünməyib, ancaq zərbəyə görə bərk əzildiyi müəyyən edilib.
Sonradan Gencebay pərəstişkarlarına müraciət edərək vəziyyəti barədə məlumat verib:
"Allaha şükür, artıq yaxşıyam, ağır qəza idi, məni Allah qorudu", - deyə o bildirib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ