Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində ölənlərin sayı üçə çatıb.
Məlumatı “TRT Haber” yayıb.
Faciənin səbəbləri ilə bağlı araşdırma aparılır.
***
Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində, ilkin məlumata görə, bir fəhlə ölüb, ikisi ağır yaralanıb.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, hadisə yerinə çox sayda tibb işçisi, yanğınsöndürən, fövqəladə hallar xidməti və jandarma heyəti cəlb olunub.
Məlumata görə, Ərzurum valisi Mustafa Çiftçi də bölgəyə gedib./Report
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ