Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Ukrayna Prezidenti Volodimir Zelenskinin Londona səfərini xatırladıb. Həmin səfər Zelenskinin Ağ Evdə Donald Trampla yaşadığı mübahisədən sonra baş tutub.
Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, Starmer bu barədə The Times qəzetinə verdiyi müsahibədə danışıb.
Starmer qeyd edib ki, adətən qonaqları hökumət iqamətgahının pilləkənində qarşılayır, lakin bu dəfə fərqli davranıb və Zelenskinin yanına gedərək onu qucaqlayıb: “Normalda onu qarşılamaq üçün pilləkəndə gözləyərdim. Amma çox yaxşı anlayırdım ki, o, Ağ Evdən təkbaşına ayrılıb. Buna görə onun yanına getdim və bir növ onu qucaqladım”, – deyə Starmer bildirib.
Böyük Britaniya hökumət başçısının sözlərinə görə, eyni səbəbdən Zelenskini avtomobilin yanına qədər yola salmağa qərar verib.
“İstədim ki, o bilsin — mənim evimdən heç kim tək getmir”,-deyə o qeyd edib.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ