İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburqdakı hadisələr Rusiyanın başqa şəhələrində də təkrarlana bilər…

Rusiya Prezidenti Vadimir Putin Yekaterinburqda azərbaycanlılara ağır işgəncə verilməsi və bu zaman bir neçə soydaşımızın qətlə yetirilməsiylə bağlı araşdırılma aparılmasına təlimat verməsə, demək son hadisə yerli polisin “özfəaliyyəti” olmayıb, özlərini ifa etmək istəmirlər.

Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib:

“Kreml sahibi Rusiya səmasında sərnişin təyyarəmizin vurulmasına və vətəndaşlarımızın öldürülməsinəə ciddi reaksiya vermədi, araşdırılma aparılmadı, üstündən keçdilər. Yekaterinburqdakı hadisələrə də seyrçi qalsalar, demək Kreml Azərbaycanı sözdə və əməldə tərəfdaş saymır. Bizdən Bakıda “Rus evinin” qapadılmasının, Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” agentliyinin ölkəmizdəki fəaliyyətinin məhdudladırılmasının intiqamını alırlar. Kremlı hələ bu cür anti-Azərbaycan siyasəti ilə Xankəndidə konsulluq açmaq istəyirdi. Ən pisi odur ki, Yekaterinburqdakı hadisələr Rusiyanın başqa şəhələrində də təkrarlana bilər. Məhz bu səbəbdən təyyarə olayında olduğu kimi Rusiyadan ciddi təhqiqat aparılmasını və təhqiqatın nəticələrini elanını tələb etməliyik”.

Politoloq qeyd edib ki, Yekaterinburq hadisəsində bir başqa məqam da diqqəti çəkir. Belə ki, Azərbaycanlı ailənin evinə basqın edən “qara maskalılar” soydaşlarımızın Ukrayna ilə müharibəyə yollanmağa yönəlik sənədə qol çəkməyi tələb ediblər:
“Son illər bu Rusiya hakimiyyətinin müxtəlif millətlərə, o cümlədən azərbaycanlılara qarşı tətbiq etdiyi yeni işgəncə üsuludur. Deməli, Rusiya özününkülərə həmin sənədə qol çəkməyi məsləhət bilir, bununla bağlı izahat işi aparır, digər millətlərin nümayəndələrinə isə zorla qol çəkdirir, çünki ölümə birinci onlar göndərilir. Beləliklə, başqa millətin nümayəndələrinə Rusiyada yaşamaq və işləmək təhlükəli həddə çatıb. Bir ölkənin prezidenti “harda Rusiya əsgəri varsa, ora elə Rusiyadır” deyirsə, onun polisi igəncə də verər, adam da öldürər”.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR