Onlayn ictimai-siyasi qəzet
Avropada Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı geniş konsensus mövcuddur. Düşünürəm ki, Tramp da bu mövqeyə yaxınlaşır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bu fikirləri "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp getdikcə daha çox skeptisizm nümayiş etdirir və Rusiya Prezidenti Putinə qarşı tənqidi münasibəti artırır. Mers qeyd edib ki, bu, davam edən bir prosesdir.
Almaniya kansleri hesab edir ki, sülhə aparan bütün yolların araşdırılması doğru yanaşmadır. “Lakin söhbət Rusiyadan gedirsə, mən reallığa əsaslanıram: hazırda Böyük Britaniyanın sabiq baş naziri Nevill Çemberlenin Adolf Hitleri sakitləşdirməyə yönəlmiş siyasəti haqqında bir kitabı yenidən oxuyuram. Biz belə bir səhvi bir daha təkrarlamamalıyıq,” – deyə o vurğulayıb.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ