Onlayn ictimai-siyasi qəzet
Macarıstanın Baş naziri Viktor Orban Trampla görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Liderlərin Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edəcəyi bildirilir.
"Çox güman ki, Trampın mesajlarını çatdıracaq və Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün 2022-ci ildə razılaşdırılmış, sonradan Qərb tərifindən pozulmuş "İstanbul sənədləri" yenidən gündəmə gələcək - çünki, hələlik üzərində işlənməsi mümkün olan yeganə sənəd budur".
Musavat.com bildirir ki, bu barədə ekspert Natiq Cəfərli özünün "facebook" sosial şəbəkə hesabında bildirib. Onun fikrincə, bu münaqişədə sülh, atəşkəs bir az zaman alacaq:
"Trampa isə hakimiyyətə gələn kimi, "mən dünyaya sülh gətirirəm", mesajı vermək istəyir. Fikrimcə, bunun üçün ən idial vəziyyət Azərbaycan-Ermənistan məsələyində yaranıb. İşin içində Orban və Erdoğan varsa, bu ehtimal daha da artır. Türkiyə rəsmilərinin bu günlərdə, "Cənubi Qafqazda sülhə tam yaxınlaşdıq", mesajı da bununla bağlıdır. Ehtimal ki, Trampın prezident kimi ilk səfərlərindən biri Türkiyəyə olacaq, bu səfər çərçivəsində Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında sənədlər imzalanacaq. Tramp, Ərdoğan, Əliyev və Paşinyan eyni fotoda yer alıb, "Cənubi Qafqaza sülh gəldi", mesajını verəcəklər. Bu addın Tramp üçün çox yaxşı başlanğıc, vəədlərinin əməli, Cənubi Qafqaz üçün isə, İnşallah, Türkiyənin ağsaqqalığlnda sülh dövrünün başlanğıcı olacaq".
Xalidə Gəray
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ