İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Avropa Parlamentini bataqlıq adlandırdı: “Onu qurutmağın vaxtı gəlib çatıb”

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının önəmli orqanlarından sayılan Avropa Parlamentini bataqlıq adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Budapeştdə keçirilən illik beynəlxalq mətbuat konfransında Viktor Orban bir daha AB-nin strukturunun dəyişməsinin vacibliyindən söhbət açıb.

Onun sözlərinə görə, Avropa Parlamentinin bir neçə üzvü ilə bağlı son korrupsiya qalmaqalı bu qurumun etibarını şübhə altına alıb və onun indiki formada fəaliyyət göstərməsi mümkün deyil.

"Macarlar Avropa Parlamentinin hazırkı tərkibnin buraxılmasını istəyirlər",-deyə baş naziri bildirib.

Macar baş nazir vaxtilə ABŞ-ın keçmiş prezidenti Donald Trampın ifadəsini təkrarlayaraq “bu bataqlığı qurutmağın vaxtının çoxdan gəlib çatdığını” söyləyib.

Qeyd edək ki, Avropa Birliyi bu günlərdə Orban hökumətinin məhkəmə müstəqilliyinə təzyiq göstərməsi, korrupsiyaya qarşı mübarizəni zəiflətməsi və azlıqların hüquqlarını məhdudlaşdırması ilə bağlı fəaliyyəti səbəbilə Macarıstana ayrılan 12 milyard avrodan çox maliyyə vəsaitini dondurub.

Sentyabr ayında Avropa Parlamenti Macarıstanın artıq demokratik ölkə sayıla bilməyəcəyini və ölkənin Orbanın rəhbərliyi altında “hibrid seçki avtokratiyasına” döndüyünü bildirib.

Avropa Birliyi bundan başqa Viktor Orbanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyindən də narazıdır.

“Əgər bu, bizdən asılı olsaydı, heç bir sanksiya siyasəti olmazdı”,- deyə Orban çərşənbə günü keçirilən mətbuat konfransında mövqeyini bir daha təsdiqləyib.

Onun bildiridiyinə əsasən, gələcəkdə Rusiyaya qarşı hər hansı əlavə sanksiya paketini dəstəkləməyəcək, lakin bu sanksiyaların Aİ tərəfindən qəbul edilməsinə də mane olmayacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR