İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: "Avropa İttifaqı Macarıstana 2 milyard avro borcludur, vermir"

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı assosiasiyaya üzv ölkələr qarşısında öhdəliklərini yerinə yetirə bilmir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə "Kossuth" radiosunda danışəb.

Baş nazir Avropa Komissiyasının Aİ büdcəsini artırmaq və Ukraynaya 50 milyard avro göndərmək təklifinə reaksiya verərək deyib: “Aİ bizə borcludur. Ola bilsin, dinləyicilər bilmir, bütün üzv dövlətlər hər il Aİ-nin ümumi büdcəsinə pul ödəməlidir. Biz ödəmişik, öhdəliklərimizi yerinə yetirmişik. O vaxtdan bizə gəlməli olan pul verilmir. Fikrimcə, bizə böyük məbləğdə borcları var”, – Orban izah edib.

O əlavə edib ki, Budapeşt Aİ-dən təxminən 2 milyard avro almalıdır və Brüsselin bu vəsaitləri Ukraynaya xərcləyib-xərcləmədiyinə dair məsələ qaldırır. Orban vurğulayıb ki, Avropa İttifaqı Macarıstanın ədalətli iddialarına cavab verməkdən imtina edir.

Macarıstan Ukrayna münaqişəsinə görə tətbiq edilən anti-Rusiya sanksiyaları, eləcə də Kiyevə hərbi yardımla bağlı Avropa İttifaqını dəfələrlə tənqid edib. Budapeşt koronavirus pandemiyası zamanı yaradılmış Avropa Fondundan Ukrayna tərəfinə hərbi dəstək üçün vəsaitin ayrılmasını əngəlləyib, artıq xərclənmiş milyonlarla avronun hesabını tələb edib.

Bundan əvvəl Macarıstan Ukraynaya pul verməkdən imtina edib. Bu barədə “The Rambler” məlumat yayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR