İnsanlara hürriyət, millətlərə istiqlal!

Onların taleyini TÜRKİYƏ həll edəcək - Prosedur başladı

ABŞ ilk mərhələdə 20, ümumilikdə 40 beşinci nəsil F-35 tipli döyüş təyyarəsi almaq istəyən Yunanıstana müsbət cavab vermək üçün mayın 14-də Türkiyədə keçiriləcək seçkiləri gözləyir.

Musavat.com xəbər verir ki, bu iddia Yunanıstan mətbuatı tərəfindən ortaya atılıb.

“Konqres Türkiyədəki seçkiləri gözləyir” başlıqlı xəbərlərdə F-35-lərlə bağlı danışıqlar prosesinin başlaması üçün Konqresdə zəruri 4 imzadan 3-nün atıldığı, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini Cim Rişin də imzalaması ilə prosedurun tamamlanacağı bildirilib.

Xəbərdə vurğulanıb ki, Dövlət Departamenti ABŞ ordusunun ehtiyaclarından artıq olan 2 ədəd C-130 tipli işlənmiş hərbi nəqliyyat təyyarəsinin Yunanıstana simvolik qiymətə verilməsinə qərar verib. Krit adasında yerləşdirilmiş Rusiya istehsalı olan S-300-lərin Ukraynaya göndərilməsi müqabilində Yunanıstana Patriot raketlərinin verilməsi ehtimalının ABŞ-da müzakirə olunduğu iddia edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR