İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onların 28 il ərzində həll edə bilmədiyini Paşinyan çözdü” - Zakaryan

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün “1994-cü ildən bu yana bütün danışıqlar Qarabağı Azərbaycana geri vermək üzərində aparılıb” deməsi keçmiş iqtidar nümayəndələri içərisində qəzəb oyadıb.

Musavat.com xəbər verir ki, bunlardan biri də Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryandır.

“Hörmətli Vahan Papazyan, Aleksandr Arzumanyan, Vardan Oskanyan, Edvard Nalbandyan, Zöhrab Mnatsakanyan, Ara Ayvazyan, əslində, siz Ermənistanın xarici işlər nazirləri kimi uzun illərdir ki, Qarabağı Azərbaycana necə “qaytarmaq” barədə danışıqlar aparırmışsınız və 28 ildir ki, bu sadə problemi həll edə bilmədiniz. Nikol Paşinyan bunu sizin üçün 6 oktyabr 2022-ci ildə Praqada etdi”, - deyə Zakaryan istehza ilə qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR