İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Suriyada baza qurur, Azərbaycan və Türkiyə HƏRƏKƏTƏ keçir - 8 milyonluq fond... - İLGİNC DETALLAR

Ötən il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupu uğurla fəaliyyət göstərir.

Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək məqsədi daşıyır. Belə dəstək sayəsində fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan 50 nümayəndə iştirak edib. Onların böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizaşırı ərazilərindən - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqından (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) gələn şəxslər olub.

İSTAN .png (735 KB)

Budəfəki – 7-ci konfransın əsas məqsədi də müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması olub.

Bakı Təşəbbüs Qrupunun səmərəli fəaliyyəti nəticəsində dünya Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini öyrənir. Bu fəaliyyətin nəticəsidir ki, Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbin tədbirdə çıxışında müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycan, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib. 

Panel müzakirələrindən sonra iştirakçılar adından Fransa prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb.

Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanıb. Həmin adalarda Fransanın törətdiyi müxtəlif cinayətlər öz əksini tapıb.

EKSİM .png (748 KB)

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında Fransanın müstəmləkəçilik siyasətinin dünyaya çatdırılmasında xüsusi rol oynayan Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən danışıb.

ilyas 1.jpg (33 KB)

O bildirib ki, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi platformalarda Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların nümayəndələri öz azadlığı haqqında fikirlər söyləyir, eyni zamanda Fransa hökumətinin uzun illər ərzində onlara qarşı amansızlıq və qəddarlıq nümunələrini də bildirirlər:

“Mən də Bakıda keçirilən tədbirin birində iştirak etmişəm.

Xüsusilə vurğulamaq lazımdır ki, insanlar üzərində tibbi tədqiqatların keçirilməsi, çoxsaylı nüvə tədqiqatlarının dənizaşırı ərazilərdə Fransa tərəfindən tətbiqi Fransanın bütün əxlaqi və mənəvi dəyərlərdən uzaq olduğuna bir nümunədir.

İstanbulda keçirilən konfransda beynəlxalq ictimaiyyətə müraciət ünvanlanması, Fransa prezidenti Emmanuel Makrona müraciət ünvanlanması onu göstərir ki, artıq kollektiv mübarizə öz nəticələrini verir”.

Politoloq vurğulayıb ki, artıq Azərbaycanla Türkiyə də bu mövzuda birgə fəaliyyət göstərir:

“Çünki bizim səylərimizin birləşdirilməsinə böyük ehtiyac var idi. Fransanın insanlıq əleyhinə törətdiyi cinayətlər haqqında daha çox auditoriya məlumatlanmalı və bu məlumat mübadiləsi ardıcıl, sistemli həyata keçirilməlidir.

Uzun illər ərzində Fransanın həyata keçirdiyi cinayətlər ört-basdır edilib. Fransa düşünür ki, bu cinayətlər cavabsız qalacaq, onlara görə məsuliyyət nəzərdə tutulmayıb, çünki Fransa güclü dövlətdir, BMT TŞ-nin daimi üzvüdür, nüvə klubuna daxildir və baş verən proseslər gözardı ediləcək. Lakin Azərbaycan uyğun platformalar təşkil etməklə Fransanın iç üzünü bütün dünyaya təqdim edir”.

Politoloqun sözlərinə əsasən, Bakı Təşəbbüs Qrupunun həyata keçirdiyi tədbirlərlə Fransa zülmündən əziyyət çəkən regionlar da öz etiraz səslərini ucalda bilirlər:

“Bu xüsusda Yeni Kaledoniya da öz problemini daha geniş auditoriyanın diqqətinə çatdırır, beynəlmiləlləşdirə bilir, bu da Bakı Təşəbbüs Qrupunun həyata keçirdiyi fəaliyyətin uğurunun göstəricisidir.

Bununla yanaşı, Fransa əlində olan bütün imkanlardan istifadə edir ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyətini məhdudlaşdırsın, ona müxtəlif qadağalar tətbiq etsin. Ayrı-ayrı iştirakçıların Bakı Təşəbbüs Qrupunun tədbirlərinə buraxılmaması özünü qabarıq şəkildə göstərir. İstanbulda keçirilən tədbirə də 2 iştirakçı buraxılmayıb. Birbaşa olaraq Fransa hökumətinin xahişi ilə bu addımların atıldığı bildirilir. Cenevrədə keçirilən tədbirə də bir nəfər buraxılmamışdı. Bu, aydın şəkildə göstərir ki, Fransa Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə təzyiqlər həyata keçirməkdədir.

Düşünürəm ki, bu təzyiqlərin nəticəsi olmayacaq. İstanbulda da, Cenevrədə də, Nyu-Yorkda da, Bakıda da və dünyanın ayrı-ayrı bölgələrində bundan sonra da Bakı Təşəbbüs Qrupunun tədbirləri keçiriləcək, daha geniş həcmdə iştirakçıları öz ətrafında toplaya biləcək”.

AZİZ.jpg (222 KB)

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli isə bildirib ki, qlobal siyasət konfiqurasiyasında yerdəyişmə baş verir:

“Nə qədər biabırçı olsa da, Fransa uduzduğu Afrika, Okeaniya zonasında revanş almaq üçün gəlib Yaxın Şərqdə və Qafqazda fəallaşma istiqamətində addımlar atmağa başlayır. Bu addımların kökündə onların müstəmləkəçilik siyasəti, kolonializm dayanır. Çox təəssüf ki, dünyanın bir çox ölkələri zamanında kolonializmə ciddi şəkildə əks mövqe ortaya qoymayıblar deyə bu gün Fransanın yürütdüyü qlobal siyasi mövqenin ifşası Azərbaycanın üzərində qalmış oldu. Azərbaycan bütün dünyanın susduğu bir məqamda təkbaşına bloklara Qoşulmama Hərəkatı çərçivəsində və digər beynəlxalq kampaniyalarla dik dayanaraq Fransaya qarşı, onun siyasi fəaliyyətinin ifşasına qarşı mübarizəni aparmış oldu. İndi isə Fransaya qarşı Azərbaycan artıq tək deyil. Strateji müttəfiqi qardaş Türkiyənin də onun yanında yer alması xüsusi bir mərhələnin başlanğıcına işarədir”.

ERDOG EN SON.jpg (91 KB)

Ekspert hesab edir ki, Fransaya qarşı Türkiyə-Azərbaycan birliyinin ciddi strateji məqsədləri var:

“Birincisi, fransızlar Tel Beydarda (Suriya) hərbi bazalar qurmaqdadırlar. Onların qurmağa çalışdıqları hərbi baza türk dünyasına, Türkiyəyə qarşı yönəlib. Paralel şəkildə eyni anda eyni baxışları onlar Qarabağa doğru da yönəltməkdədirlər. Sinxron şəkildə Azərbaycana, Türkiyəyə, bölgəyə, dünyaya, Afrikaya, bütün istismar olunmuş ölkələrə qarşı eyni siyasi baxışları ortaya qoymaqdadırlar. Hər iki nöqtədə Türkiyənin düşməni PKK ilə, Azərbaycanın düşməni erməni işğalçılarıyla əməkdaşlıq etməkdən çəkinmirlər. Ona görə də Azərbaycan və Türkiyənin bu milli məsələsi həm də Afrikadakı əzilən xalqların səsi olma prizmasından da çox önəmlidir.

Türkiyəyə qarşı 8 milyon avroluq bir fond yaradıb PKK-ya yardım ayıran Fransa erməniləri də Azərbaycana qarşı çıxarmağa, onları silahlandırmağa çalışır, müdafiə silahları adı altında bunları reallaşdırmağa dəvət edir. Çox təəssüf ki, regionun 2 ölkəsinin - İran və Ermənistanın da istifadə alətinə çevrildiyini görürük”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR