İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar ancaq qızışdırmağı, yola salmağı bilirlər - Zaxarovadan KƏSKİN ÇIXIŞ

“Aydındır ki, həm Vaşinqton, həm də Brüssel Ermənistan və Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri pozmağı, KTMT və Avrasiya İqtisadi İttifaqına əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini sarsıtmağı qarşılarına məqsəd qoyublar”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

“Qərblilər, anladığımız kimi, ən yaxın qonşular olan Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında nifaq salmağa çalışırlar. Cənubi Qafqazda sülhün qayğısına qalmaları haqqında nə qədər gözəl sözlər desələr də, ABŞ və Aİ yeni böyük yanğını alovlandırmaq üçün Ermənistana ancaq alət rolu verir. Birləşmiş Ştatlar və kollektiv Qərb bunu etməyi öyrənib. Onlar barışmağı, məsələləri həll etməyi, qan tökülməsini necə dayandıracaqlarını bilmirlər. Onlar ancaq qızışdırmağı, yola salmağı və sarsıtmağı bilirlər. Qərbin qeyd etdiyi addımların Ermənistanın müdafiə qabiliyyətini bir növ gücləndirəcəyinə, sərhəd təhlükəsizliyini artıracağına və iqtisadi rifahını təmin edəcəyinə inanmaq sadəlövhlükdür. Əksinə, Ermənistanı milli hər şeydən: milli müdafiədən, milli iqtisadiyyatdan, milli enerjidən məhrum etmək, bunun müqabilində mümkünsüz yol xəritələri, kağız planlar və digər sonsuz demaqogiya vermək istəyirlər. Qərblilər, dünyanın müxtəlif yerlərində dəfələrlə etdikləri kimi, Ermənistanı da tərk edəcəklər”, - deyə Zaxarova bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR