İnsanlara hürriyət, millətlərə istiqlal!

Onkoloq-cərrah: “Siqaret çəkən xanımlar arasında süd vəzi xərçəngi daha geniş yayılıb”

“Süd vəzi xərçənginin simptomları olmur”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

Həkimin sözlərinə görə, xəstəlik gec mərhələlərdə hiss olunur:

“Xəstəlik ağrı vermir, şişkinlik, qızartı olmur. Qadın süd vəzisində şişi tapmaq üçün 10 il vaxt sərf etməlidir.

Siqaret və alkoqol qəbul edənlərdə bu xəstəliyə daha çox rast gəlinir. Son 4-5 il ərzində süd vəzi xərçəngi daha çox artıb. Çünki siqaret çəkən xanımların sayı artıb. Bu da birbaşa mutasiyaların baş verməsinə səbəb olur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR