Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Könül Kərimova ailə qurmaqla bağlı dediklərini tənqid edənlərə cavab verib.
Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, müğənni "Yanlış bir evlilik ömür boyu uduzmaq deməkdir. Evlilik çox önəmlidir" sözləri ilə gündəmə gəlib.
İfaçı bu fikirlərinə şərh yazanlara @axsamaz instaqram səhifəsində reaksiya verib:
"Həyatda xoşbəxt olmaq, sağlam, gözəl ömür sürmək evlilikdən ibarət deyil. Xoşbəxt olmaq üçün çox dəyərlər var. Ancaq hansı halda olursa olsun səhv addım atdınsa, ömürboyu bu səhvin əziyyətini çəkəcəksən. Bunu demək istəyirəm".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ