İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəsində rüşvətxorluqda təqsirləndirilən keçmiş federasiya rəhbəri Rusiya vətəndaşı oldu

 

Beynəlxalq Buzlu Xokkey Federasiyasının (IIHF) keçmiş prezidenti isveçrəli Rene Fazel Rusiya vətəndaşlığını qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Insider” portalı məlumat yayıb.

Saytın informasiyasına əsasən, Rene Fazel Rusiya pasportu ilə birlikdə Vladimir Putinə yaxın iş adamı Gennadi Timçenkoya məxsus “Alma Holding” şirkətinin 54%-lik səhmlərini alıb. "Alma Holdinq" Krasnodar diyarında alma becərilməsi ilə məşğuldur.

Rene Fasel 1994-2021-ci illərdə IIHF-ə rəhbərlik edib. Bundan əlavə, bütün bu müddət ərzində o, Beynəlxalq Olimpiya Komitəsinin, 2008-2016-cı illərdə isə BOK-un İcraiyyə Komitəsinin üzvü olub.

Fazel dövründə Rusiya üç dəfə Buzda Xokkey üzrə Dünya Çempionatına, bir dəfə isə tarixində ilk dəfə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Rene Fazel vəzifədə olarkən dəfələrlə Vladimir Putin haqqında tərifli şəkildə danışıb və onunla qeyri-rəsmi rəsmi şəraitdə görüşlər keçirib. 2021-ci ilin mayında, Belarusda kütləvi etirazların vəhşicəsinə yatırılması səbəbindən Buzda Xokkey üzrə Dünya Çempionatı bu ölkədə keçirilməsindən vaz keçilib. Lakin həmin vaxtda belə isveçrəli federasiya başçısı Aleksandr Lukaşenkonu dəstəkləməkdə davam edib.

Rene Fazel doğma İsveçrəsində korrupsiyada, xüsusən də xokkey üzrə dünya çempionatlarının televiziya yayımı hüquqlarının həyata keçirilməsi üçün keçirilən tenderdə şirkətlərdən birinin qələbəsi üçün 400 min frank rüşvət almaqda şübhəli bilinir. Keçmiş federasiya prezidenti özü bütün ittihamları rədd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR