İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəni bürüyən VİRUS: Yeni pandemiya bəlası gəlirmi? Bakı sakinlərindən REAKSİYA

Artıq bir müddətdir ki, ölkədə viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur. Dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, "kataral vəziyyət", səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan viral infeksiya demək olar ki, hər bir evdə, ailədə görünməkdədir. Bununla bağlı kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı deyilir.

Bu arada, Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı əhaliyə müraciət edib. Bildirilir ki, respirator və ya tənəffüs yolları ilə bağlı olan bu virusun adı metapnevmovirusdur (HMPV). Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.

Nazirlik virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxsləri qrip əleyhinə peyvənd olunmağa çağırıb.


Bəs yayılan virus epidemiyaya dönüşə bilərmi? Əhalimiz bu virusla necə mübarizə aparır?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR