İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizdə “arzuedlməz şəxs” olan yazıçı qonorarını Ukraynaya göndərdiyini etiraf edib

Məşhur yazıçı Lyudmila Ulitskaya kitablarının satışından gələn qonorarı Ukraynaya göndərdiyini etiraf edib. O, bu barədə prankerlər Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyarov) ilə söhbətində danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vovan və Leksus yazıçı ilə söhbətlərinin bir fraqmentini Telegram-da yayıblar.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermakın adından yazıçıya zəng edən prankerlər yazıçının kitablarının satışından əldə olunan gəlirin Kiyevə, o cümlədən Ukrayna ordusuna çatıb-çatmaması ilə maraqlanıblar. "Mənim qonorarım Ukraynaya gedir" deyən Ulitskaya lkəyə pul göndərilməsinin təfərrüatlarını açıqlamayıb.

Yazıçı Ukrayna prezidenti Vladimir Zelenskini bəyəndiyini də bildirib. “Mən bilirəm ki, Ukraynada korrupsiya ilə bağlı ciddi problemlər var. O, bunun öhdəsindən necə gələcək, bilmirəm”, - deyə o, əlavə edib.

Bundan başqa, Ulitskaya Ukrayna xüsusi xidmət orqanlarının Rusiyada vətənpərvər ictimai xadimlərə qarşı təşkil etdiyi terror aktlarından danışıb. “Həqiqətən bəyəndiyimi deyə bilmərəm. Amma buna haqqınız var”, - 80 yaşlı yazıçı deyib.

Qeyd edək ki, bir çox nüfuzlu ədəbi mükafatların sahibi olan yazıçı 2022-ci ilin devralında Rusiyanın Ukraynaya hərbi təcavüzünə etirazını bildirib və elə fevral ayındaca Almaniyaya mühacirət edib.

Yazıçı gəncliyində dissident hərəkatının fəalı olub.

O, 2018-ci ilin oktyabrında respublika qanunvericiliyini kobud şəkildə pozduğuna, Azərbaycan dövlətində icazə almadan Qarabağ səfər etdiyinə görə, Azərbaycanda “arzuedilməz şəxs” elan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR