Onlayn ictimai-siyasi qəzet
Sena çayında açıq suda üzgüçülük üzrə turnir olmayacaq.
Musavat.com-un xəbərinə görə, bu barədə 2024-cü il Olimpiadasının hakimi Aleksey Kalinin "Telegram" kanalında məlumat verib.
Kalinin qeyd edib ki, avqustun 3-ü və 4-də triatlonçular Senada suyun qeyri-qənaətbəxş vəziyyətinə görə məşq etməyiblər. Qərara tufanla bağlı çayda güclü cərəyan da təsir edib.
Xatırladaq ki, iyulun 26-dan Parisdə XXXIII Yay Olimpiya Oyunları başlayıb. Oyunlar avqustun 11-dək davam edəcək.
Afaq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ