İnsanlara hürriyət, millətlərə istiqlal!

Oliksiy Danilov: “Müharibənin Rusiya daxilində bitməsi ilə bağlı proses artıq başlayıb”

“Müharibənin Rusiya daxilində bitməsi ilə bağlı proses artıq başlayıb”.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb.

O bildirib ki, savaş Rusiya daxilində başa çatacaq: “Davamlı sülh üçün 1991-ci il sərhədləri bərpa edilməlidir”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR