İnsanlara hürriyət, millətlərə istiqlal!

Ohanyan: “Ermənistana Rusiyanın təklifi daha məqbuldur”

“Ermənistan üçün Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifi məqbuldur. Bu vəziyyətdə Ermənistan, Rusiya və Azərbaycan arasında müzakirə formatı ən optimal olandır”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın sabiq müdafiə naziri, “Hayastan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

Müxalifət siyasətçinin fikrincə, Rusiyanın yanaşması (Ermənistan üçün - red.) ümid doğurur. Deməli, gələcəkdə Ermənistan tərəfinin Qarabağ məsələsinin həllinə qayıda bilmə şansı var.

“Amerika tərəfinin təklifi bu məsələnin həmişəlik bağlandığını nəzərdə tutur”, - deyə Ohanyan qeyd edib.

Bu baxımdan ABŞ-ın yanaşması “Ermənistan” müxalifət bloku üçün qəbuledilməzdir, çünki onlar Qarabağın taleyini birdəfəlik həll etmiş olurlar.

“Bununla Qarabağ əbədi surətdə Azərbaycanın bir hissəsi olacaq”, - deyə Ohanyan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR