Onlayn ictimai-siyasi qəzet
Ermənistanın paytaxtı İrəvan şəhərində polis idarəsinin cinayət axtarış şöbəsinə və Şenqavit polis şöbəsinə qətl hadisəsinin baş verməsi barədə əməliyyat məlumatı daxil olub.
Musavat.com-un xəbərinə görə, hadisə Şenqavit inzibati dairəsinin evlərindən birində baş verib.
Polis Nerkin Şenqavit küçəsindəki evlərin birində 72 yaşlı ev sakininin meyitini aşkar edib. Tibbi ekspertizanın ilkin rəyinə görə, ölümə səbəb üz və baş nahiyəsində çoxsaylı zərbə izləri olub. Şübhəlinin qətlə yetirilən şəxsin oğlu olduğu müəyyən edilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ