İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlunun ildönümü günü atası vəfat etdi - FOTO

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev vəfat edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid atası ötən gün oğlunun üçüncü ildönümü günündə dünyasını dəyişib.

Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 3-də sonuncu dəfə Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR