İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğlum açıq-saçıq geyinməyimə icazə verir, məni Beyonsa, Lopezə oxşadırlar"

"Balaşdan sonra yalnız qaldım. Ən yaxın adamlar belə üzlərini məndən çevirdilər. Mənə dözə bilmədilər".

Bu sözləri müğənni Xatun Əliyeva "Qonaqcanlı" verilişində deyib. O, hayatında sevdiyi şəxsin olduğunu etraf edib:

"Bu 4 ildə həyatımda məni başa düşəcək insanlar olmadı. Hazırda həyatımda sevdiyim biri var. O da çox acılar yaşayıb. Onun da böyük itkisi var. Həmin gün onunla danışıb birgə ağladıq. Sevdiyim insandır. Bizi birləşdirən dərdlərimiz var. Dünyəvi problemləri həll etmək olar. Amma gənc yaşdakı itkilərlə barışmaq olmur".

Xatun son vaxtlar görünüşündə etdiyi dəyişikliklərdən də danışıb:

"Oğlum icazə verib ki, açıq-saçıq geyinə bilərəm. Neçə vaxtdır, görünüşümdə dəyişiklik edirəm. Məni Beyonsa, Cennifer Lopezə oxşadırlar".

Qeyd edək ki, Xatunun qardaşı Balaş 2021-ci ildə xərçəngdən vəfat edib. /Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR