İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlu Dubayda mənzil alan Orsk merini cəza gözləmir

Rusiyanın hakim “Vahid Rusiya” partiyası Orsk şəhərinin meri Vasili Kozupitsanın müdafiəsinə qalxıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, buna səbəb odur ki, merin oğlu Dubayda təxminən 33 milyon rubla mənzil alıb və buna görə tənqidlərə tuş gəlib. “Vahid Rusiya”nın finksionerləri isə hesab edirlər ki, Kozupitsa nüfuzdan salan heç nə etməyib.

“Partiyada Orsk meri üçün heç bir sual yoxdur, çünki o, partiyanı nüfuzdan salan heç bir iş görməyib. Əgər onun oğlu yetkinlikk yaşına çatmış olmasaydı və bələdiyyə sədri mənzili göstərməsəydi, bu, məsələ olardı”, – partiyadakı mənbə bildirib.

O, əlavə edib ki, merin oğlu Nikolay yetkindir, ona görə də onun istədiyi hər şeyi etmək hüququ var.

Başqa bir mənbə təsdiqləyib ki, “Vahid Rusiya” merə qarşı hər hansı partiyanın sanksiyasının mümkünlüyünü nəzərdən keçirmir, çünki onun göstərəcək heç bir şeyi yoxdur.

Kozupitsa əvvəllər oğlunun hər şeyə təkbaşına nail olduğuna dair açıqlamalar verib. Onun sözlərinə görə, Nikolay “10 il Saxalində çətin şəraitdə çalışıb, sonra Səudiyyə Ərəbistanına işə dəvət olunub”.

Rusiya mediasında merin hərbi mükələfiyyət yaşında olan oğlunun Səudiyyə Ərəbistanına Ukraynada müharibə başlanandan sonra “dəvət olunması”na xüsusi diqqət yetirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR