İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlu 10 milyon üçün oğurlanan deputatın kimliyi MƏLUM OLDU  


Türkiyədə oğlu oğurlanan azərbaycanlı deputatla bağlı yeni məlumatlar yayılıb.

Musavat.com Bakupost.az-a istinadən bildirir ki, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Saytın mənbəsi iddia edir ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir.

Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

Məsələ ilə bağlı saytın deputat Əhliman Əmiraslanovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini qeyd edib: “Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam”.

Azərbaycanlı deputatın oğlu oğurlanıb - FOTO

Daha öncə xəbər verdiyimiz kimi deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Danışıqların nəticəsi olaraq oliqarx-deputat oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Əldə etdiyimiz xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.
Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR