Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial media hesabında müzakirələrə səbəb olan paylaşım edib.
Axşam.az-ın məlumatına görə, Canana keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığını iddia etdiyi görüntüləri paylaşıb.
"Ögey ananı gətirib balalarımın evinə. Balalarımı da görməyə qoymur. Qızım xəstədir. Mənə kömək edin. Bir ana olaraq yalvarıram.
Balama qapını açmır. Körpələrimi də qoymur bayıra çıxsın" deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ