İnsanlara hürriyət, millətlərə istiqlal!

“Odessaya rus vizası ilə?” sualına Putinin cavabı

Odessa ya “nifaq alması”, ya da münaqişənin həlli səbəbi ola bilər.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda macar jurnalisti Qabor Ştirin Odessa ilə bağlı sualına cavabında deyib.

“Postsovet məkanında ən sevdiyim şəhərlərdən biri Odessadır. Necə fikirləşirsiniz, mənə məsləhət verin, ora gələn yay gedim, yoxsa iki il sonra?” - Ştir Putindən soruşub.

Putin isə ona “Ləngiməyin, tez gedin... Zarafatdır. Zarafat edirəm” cavabını verib.

“O zaman soruşmaq istəyirəm, Rusiya və yaxud Ukrayna vizası...” - jurnalist davam edib.

“Odessa həqiqətən də dünyanın ən gözəl şəhərlərindən biridir. Bildiyiniz kimi, Odessanın əsasını II Yekaterina qoyub və hətta ifrat millətçilər belə şəhərin banisinin abidəsini sökməyə cəsarət etmirlər. Odessa həm “nifaq alması”, həm münaqişənin həlli simvolu, həm də hazırda baş verən hər şeyə bir həll tapmağın simvolu ola bilər”, - Putin bildirib.

Putin şəhərə son səfərinin təəssüratını da bölüşüb:

“Kommunal xidmətlər tənəzzülə uğramışdı. Bu, hətta binaların fasadlarından da aydın görünürdü, baxmayaraq ki, mərkəzdə hələ də nəsə qalmışdı”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR