İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessada polis idarəsində baş verən partlayış terror aktı kimi araşdırılır

Martın 23-də Ukraynanın Odessa vilayətində polis idarəsində baş verən partlayış nəticəsində bir qadın həyatını itirib, üç polis əməkdaşı isə yaralanıb.

Musavat.com xəbər verir ki, hüquq-mühafizə orqanları partlayışın hansı yaşayış məntəqəsində baş verdiyini açıqlamasa da, yerli mənbələrin məlumatına görə, insident Odessa yaxınlığındakı Belyayevka şəhərində qeydə alınıb. Bildirilir ki, qadın polis bölməsinə içində partlayıcı maddə olan paketlə daxil olub və partlayış baş verib.

Ukrayna mediasının – "Dumskaya" və "Suspline"-nin məlumatına əsasən, hadisə ilə bağlı “terror aktı” maddəsi üzrə cinayət işi açılıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR