İnsanlara hürriyət, millətlərə istiqlal!

O əfsanə “Jiquli”nin əfsanə sahibi danışdı! Azərbaycanı böyüdən Sərvərin ibrətamiz müsahibəsi - VİDEO

Bəşirli Sərvər bir saatın içində həm Azərbaycanın, həm də Türkiyənin diqqət mərkəzində oldu. Qırmızı rəngli köhnə "Jiquli"si ilə Türkiyəyə yardım toplamaq üçün yollara düşdü.

Maşının üzərində Türkiyə bayrağı, ürəyində türk sevdası... yaxınlardan, dost-tanışdan Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün geyim, yorğan-döşək, yardım topladı...

TV Müsavat ölkənin ən çox haqqında danışılan siması Sərvərlə görüşdü, söhbətləşdi.

Fotolardan gördüyünüz ev onundu – köhnə daxma, təmirsiz otaqlar, kasıb ev əşyaları. Maşınını isə bütün Azərbaycan, Türkiyə görüb. Ona artıq “əfsanə "Jiquli"nin sahibi Sərvər” deyirlər.

Screenshot_4.png (784 KB)

Əməkdaşımız onunla bu yardım kampaniyasına necə qoşulması, bir neçə saatın içində ölkənin ən populyar simasına çevrilməsi, köhnə maşını, Türkiyə ilə döyünən ürəyi... bir sözlə hər şey barədə danışdı.

Əslən Laçındandır Sərvər, qaçqın balasıdır və qaçqınlığın, evsiz-eşiksiz yaşamağın nə demək olduğunu çox gözəl bilir. Deyir, bir gecənin içində küçədə, yurduz-yuvasız qalmaq acısını illər öncə bütün ruhu ilə yaşayıb. Odur ki, zəlzələ baş verən gündən gecələr də gözünə yuxu getmir.

Musavat.com Sərvər Bəşirli ilə video müsahibəni təqdim edir.

 

Alim Liftiyev

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR