İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə silahları ilə bağlı ŞOK AÇIQLAMA: "Tərəddüd etməyəcəyik"

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk vilayətindəki sursat istehsalı müəssisəsinə baş çəkib.

Musavat.com xəbər verir ki, burada mətbuat mənsubları qarşısında çıxış edən Lukaşenko Rusiyanın Belarus ərazisində yerləşdirdiyi taktiki nüvə silahlarını dəyərləndirib.

Lukaşenko bu silahların yalnız Belarusa qarşı hücumda istifadə ediləcəyini bildirib:

“Bu, niyə lazımdır? Belə ki, bəziləri artıq Belarus ərazisinə ayaq basmasın. Bu silahlar yalnız Belarusa hücuma qarşı istifadə edilə bilər. Elə olan halda cavab dərhal veriləcək”.

Belarus prezidenti bu silahların “çəkindirici” olduğunu, lakin istifadə edilməsi lazım gələrsə, tərəddüd etməyəcəyini vurğulayıb:

“Bu cür silahlara sahib olan bir ölkə ilə heç kimin döyüşmək istəməyəcəyini düşünmürəm. Bunlar çəkindirici silahlardır. Allah eləməsin ki, müasir dövrdə bu silahların istifadəsi ilə bağlı qərar verməli olum. Ancaq bizə qarşı hücum olarsa, tərəddüd etməyəcəyəm”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR