Onlayn ictimai-siyasi qəzet
İsrailin təhlükəsizlik kabineti ölkə Baş naziri Benyamin Netanyahunun Qəzzanı tam nəzarət altına almaq planını rəsmən təsdiqləyib.
Musavat.com “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisindən rəsmi açıqlama verilib.
Açıqlamada bildirilir ki, planın 5 əsas hədəfi mövcuddur:
- HAMAS-ın silahsızlaşdırılması,
- Bütün girovların azad edilməsi,
- Qəzzanın demilitarizasiyası,
- İsrail təhlükəsizlik qüvvələrinin Qəzzada tam nəzarətinin təmin olunması,
- Müharibədən sonra HAMAS və Fələstin hakimiyyətinin iştirak etmədiyi yeni idarəetmə sisteminin qurulması.
Bu planın həyata keçirilməsi regionda vəziyyəti köklü şəkildə dəyişmək məqsədi daşıyır.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ