Onlayn ictimai-siyasi qəzet
Britaniya Ukraynanın qərb bölgələrinin təhlükəsiz hesab edildiyini əsas gətirərək, Ukrayna vətəndaşlarına daimi sığınacaq verməkdən kütləvi şəkildə imtina etməyə başlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi ukraynalıların daimi sığınacaq tələblərini getdikcə daha çox rədd edir. Departament bunu onunla izah edir ki, guya Ukraynanın qərb hissəsi həyat üçün təhlükə yaratmır və buna görə də daimi mühafizə üçün əsas vermir.
Eyni zamanda, ukraynalıların hələ də qanuni olaraq ölkədə qalmaq imkanları var. Bunun üçün onlar gələcəkdə daimi yaşamaq hüququ verən vizalardan birini almalıdırlar. Ən əlçatan variant iş vizası hesab olunur.
Bununla belə, iş vizasını əldə etmək getdikcə çətinləşir. İlin əvvəlindən hakimiyyət namizədlərə qarşı tələbləri sərtləşdirib. Bundan başqa, hakim partiya bu cür viza sahibləri üçün daimi yaşayış icazəsinə görə gözləmə müddətinin beş ildən on ilədək uzadılmasını müzakirə edir.
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ