İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu universitetin professorları Tramp administrasiyasını məhkəməyə verdi

ABŞ hökuməti Harvard Universitetinə 2,2 milyard dollardan çox qrant və 60 milyon dollarlıq daimi müqaviləni dondurub.

Musavat.com "Associated Press"ə istinadən xəbər verir ki, buna səbəb universitetin ABŞ prezidenti Donald Tramp administrasiyasının ictimai fəallıq və professor-müəllim heyəti ilə bağlı tələblərinə cavab verməkdən imtina etməsi olub.

Aprelin 11-də ABŞ administrasiyası universiteti "xidmət əsasında" qəbul və işə qəbul siyasətini həyata keçirməyə, müəllim və tələbə heyəti, həmçinin rəhbərliyin müxtəlifliyə dair mövqeyi üzrə audit aparmağa çağırıb. Harvarddan mitinqlər zamanı üz maskalarının taxılmasını qadağan etməsi də istənilib. Nəşr qeyd edir ki, bu, kampusda Fələstin tərəfdarı olan etirazçılara qarşı yönələ bilərdi.

Aprelin 15-də universitet professorları Donald Tramp administrasiyasına qarşı iddia qaldıraraq, hökumətin tələblərinin akademik azadlıq və söz azadlığı hüquqlarını “hökumətin siyasi üstünlüklərinin xeyrinə” pozduğunu bildiriblər. İddia ərizəsində qeyd olunur ki, "onlar açıq şəkildə Harvard Universitetinə Tramp administrasiyası tərəfindən irəli sürülən siyasi baxışları və siyasət üstünlüklərini tətbiq etməyə çalışırlar".

Bundan əvvəl bildirilmişdi ki, Amerika administrasiyası Harvard Universitetinə ayrılan qrantları və bu elit ali təhsil müəssisəsi ilə təxminən 9 milyard dollarlıq müqavilələri nəzərdən keçirmək niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR