Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.
Siyasi çevrələrdə Almatı görüşünün ardınca tərəflərin belə bir protokol imzalaması ikitərəfli təmaslardakı müsbət dinamikanın davamı kimi dəyərləndirilir. Bəzi siyasi şərhçilər bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacağını proqnozlaşdırır.
“Nəinki ilin sonuna qədər, noyabr ayına qədər, yəni COB29 tədbirinə qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanacağı gözlənilir və mən buna əminəm”.
Bu sözləri tanınmış politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında deyib.
“Çünki sülh müqaviləsinin bütün mürəkkəb məqamları razılaşdırılıb, delimitasiya məsələsində uğurlu nəticə əldə olunub, beləliklə, atılan addımlar gələcəyə nikbin baxmağa imkan verir.
Xüsusilə Ermənistanda qarışıqlıq yaradıb, Paşinyana qarşı hərəkət edənlər artıq görürlər ki, Azərbaycan Ermənistanla sülh müqaviləsində səmimi davranır və səmimi hərəkət edir, hay-küylərini azaltmağa başlayıblar”, deyə politoloq qeyd edib.
Xalidə Gəray
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ