İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz tədbirində terror panikası - 200-ə yaxın şəxs saxlanıldı

Türkiyənin Diyarbəkir vilayətində keçirilən Novruz tədbirində terror təbliğatı apardığı və polisə daş atdığı müəyyən edilən 200-ə yaxın adam saxlanılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Novruz bayramı tədbiri HDP-nin rəhbərliyi ilə təşkil edilib.

Tədbirdə HDP həmsədri Mithat Sancar, CHP İstanbul millət vəkili Sezgin Tanrıkulu, bəzi HDP millət vəkilləri və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

Mahnıların oxunduğu, rəqsin nümayiş olunduğu, Novruz tonqalının yandırıldığı tədbirdə bəzi iştirakçılar terror təbliğatı apararaq ərazidəki polis əməkdaşlarına daş və su qabları atıb, 10-a yaxın polis yüngül xəsarət alıb.

Həmçinin Novruz tədbirində terror təşkilatı PKK-nı simvolizə edən plakatlar açılıb, təşkilatın lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirilib.

Tədbir yekunlaşdıqdan sonra kimlikləri müəyyən edilən 200 nəfər polis tərəfindən saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR