İnsanlara hürriyət, millətlərə istiqlal!

Novosibirskdən səfərbər olunanlar cəbhə xəttində döyüşməkdən imtina etdilər

Rusiyanın Novosibirsk vilayətindən səfərbər olanlar cəbhə xəttində döyüş əməliyyatlarında iştirakdan imtina etdikləri barədə ərizə yazıblar. Onlar kifayət qədər hazırlıq keçmədiklərinə görə arxa cəbhəyə göndərilməyi xahiş ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Novosibirskin “NGS” qəzetinə səfərbər olunanların həyat yoldaşları məlumat verib.

Əsgərlərdən biri noyabrın 12-də həyat yoldaşına telefonla cəbhə xəttində daim artilleriya atəşi altında qaldıqlarını deyib. Əsgərlər canlarını qurtarmaq üçün tərk edilmiş bir evə sığınmağa məcbur qalıblar. Təchizat, eləcə də komandanlıqdan başqa bir əmr də gəlməyib. Noyabrın 8-də bölüyün əsgərləri xidməti davam etdirə bilməyəcəkləri barədə raport yazıblarmış.

Əsgərlərdən birinin həyat yoldaşı bununla əlaqədar hərbi prokurorluğa müraciət edib. Ərizədə səfərbər olunanların aldadıldığı, onlara yalnız arxa cəbhədə xidmət göstərəcəklərinin deyildiyi, üstəlik, poliqonlarda, demək olar ki, heç bir təlim keçirilmədiyi qeyd olunub. Məlumatda hərbçilərin “mənəvi, psixoloji, fiziki hazırlığı olmadığı üçün qabaqcıl döyüş hissələrində xidmət etməyə razı olmadıqları” vurğulanıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Altay diyarından səfərbər edilmiş bir qrup əsgər də komandirlərin hədələri ilə üzləşdikləri barədə məlumat verib. Onlar da Ukraynada döyüş bölgəsində cəbhə xəttinə getməkdən imtina ediblər. Səfərbər olunanlardan birinin dediyinə görə, Aleysk şəhərindən olan 35-ci briqada “faydasız təlimlərdən” iki həftə sonra sentyabrın sonunda cəbhə bölgəsinə göndərilib. Oktyabrın 25-də heç bir hazırlığı olmayan briqadaya Luqansk vilayətinin Kremenski rayonunun Nevskoye kəndinə doğru irəliləmək tapşırığı verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR