İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç XİN: Aİ-yə daxil olmaq üçün yeni referendum on ildən sonra mümkündür

Norveçin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı yeni referendumun keçirilməsi "realdır", lakin bu, çox güman ki, 10 ildən sonra mümkündür.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Norveçin xarici işlər nazirinin müavini Maria Varteressian İspaniyanın “Paıs” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, nəticə Aİ-yə üzvlüyün xeyrinə olmaya bilər. Varteressianın fikrincə, eyni zamanda ölkədə Avropa iqtisadi zonası haqqında saziş əsasında Aİ ilə daha sıx əməkdaşlığa dəstək artır.

"Hesab edirəm ki, yeni referendumun iki ildən sonra yox, 10 ildən sonra keçirilməsi ehtimalı çox yüksəkdir", - o, on il ərzində daha bir referendumun keçirilmə ehtimalının olub-olmaması barədə suala belə cavab verib.

Norveç parlamentinin saytından əldə edilən məlumata görə, Aİ-yə üzvlüklə bağlı referendum iki dəfə keçirilib və hər iki halda norveçlilər bunun əleyhinə səs veriblər. Belə ki, 1972-ci ildə respondentlərin 53,5 % - i sonradan Avropa Birliyi adlandırılan Avropa İqtisadi Birliyinə qoşulmağa qarşı çıxıb. 1994-cü ildə sorğuda iştirak edən norveçlilərin 52,2 % - i Aİ-yə daxil olmağın əleyhinə səs verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR