Onlayn ictimai-siyasi qəzet
Norveç Kiyevin silah tədarükü ilə bağlı xahişinə cavab olaraq Ukraynaya 100 ədəd “Mistral” zenit-raket kompleksi göndərib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram deyib. Onun sözlərinə görə, raketlər Norveç ordusu tərəfindən istifadə edilmir, lakin Ukraynaya böyük fayda gətirə biləcək müasir və effektiv silahdır.
Bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə müxtəlif silahlar, əsasən də “Harpun” tipli gəmi əleyhinə raketlər və NASAMS tipli mobil zenit-raket kompleksləri göndərməsi barədə Osloya müraciət edib. Bundan əlavə, o, zirehli texnika və artilleriya sistemlərinin məhv edilməsi üçün vasitələrə də ehtiyac olduğunu deyib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hazırda ölkənin şərqində və cənubunda ağır döyüşlər gedir. ABŞ və Avropa ölkələri, o cümlədən İsveç, Danimarka, Finlandiya, Hollandiya, Almaniya və Baltikyanı ölkələr Ukraynaya maliyyə və silah yardımı göstərməyə davam edir. Norveç bundan əvvəl Ukraynaya ümumilikdə tank əleyhinə 4 min ədəd raket və digər hərbi texnika göndərmək barədə qərar qəbul etmişdi.
09 Oktyabr 2024
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ