İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Ukrayna üçün silah alan Britaniyaya 40 milyon avro verəcək

Norveç Britaniyanın Ukraynaya silah almaq təşəbbüsünü maliyyələşdirmək üçün 400 milyon kron (40,7 milyon avro) ayıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveç Hökuməti Aparatının saytında bildirilir.

Mətndə qeyd olunur ki, Norveç bu yolla Ukrayna üçün hərbi texnikanın alınmasının əlaqələndirilməsini həyata keçirən fonda töhfəsini verəcək. Fondun özünə Ukrayna üçün müdafiə texnikasının tədarükü və daşınması prosesini koordinasiya edən Böyük Britaniya rəhbərlik edir.

“Böyük Britaniya ilə koordinasiya və Ukrayna ilə sıx təmasda biz Ukraynanın müdafiə avadanlığına ehtiyaclarını müəyyənləşdirib prioritetləşdirəcəyik, bu yol ilə üçüncü ölkələrə və ya sənayeyə lazımi sifarişlər verəcəyik. Beləliklə, Ukraynanın gələcək addımları proqnozlaşdırıla biləcək və onun əməliyyat planlamasına kömək olunacaq”, - deyə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Xatırladaq ki, bundan əvvəl Norveç hakimiyyəti Ukraynaya 100 ədəd “Mistral” daşınan zenit-raket kompleksi təqdim etmək qərarına gəlib. Daha əvvəl krallıq hökuməti Ukraynaya 4000 M72 yüngül tank əleyhinə raketlər, həmçinin dəbilqə və zirehli jiletlər bağışlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR