İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Saakaşviliyə mükafat verdi, Tiflisdə anti-Norveç mitinqi başladı

Norveçin Gürcüstandakı səfirliyinin qarşısında eks-prezident Saakaşviliyə bu dövlət tərəfindən mükafatı verilməsinə görə mitinq başlayıb.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu günlərdə Saakaşviliyə Norveç hökuməti tərəfindən Sura Lindebrek mükafatının verilib.

“Saakaşvilinin ona qatil damğası vurulması ilə bağlı sözlərinə gəlincə, insanlar əmin ola bilərlər ki, o, şəxsən güllə atmayıb, lakin insanlar Saakaşvili rejiminin və onun əmrlərinin qurbanı olublar”, - deyə mitinq iştirakçısı Tornike Molaşvili bildirib. Onun qardaşı Sulxan Molaşvili 2004-cü ildə, Saakaşvilinin prezidentliyi dövründə həbs edilib və həbsxanada işgəncələrin qurbanı olub.

Mitinqə toplananlar tələb edirlər ki, Norveç səfiri çıxıb mükafatın verilməsi qərarında Norveç hökumətinin əli olmadığını təsdiq etsin.

Mixail Saakaşvili martın 25-də Norveçdə demokratiya və insan haqları sahəsində nailiyyətlərinə görə mükafatlandırılıb. Saakaşvili deyib ki, bu mükafat hər kəsi “demokratiya və insan haqları” məsələsi üzərində düşünməyə vadar etməlidir.

Gürcüstanın baş naziri İraklii Qaribaşvili mükafatın təqdim edilməsini “gürcü xalqına istehza və təhqir” adlandırıb, Saakaşvilinin özü isə “məzlum və öldürücü” siyasi sistem yaradan avtoritar hökmdardır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR