İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç ilə Rusiya arasında "casus" krizi - Akademik SAXLANILDI

Norveç kəşfiyyatı ölkəyə Braziliya vətəndaşı kimi daxil olan, lakin casusluqda şübhəli bilinən akademikin doğulduğu yerin Rusiya olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Norveç kəşfiyyatı əməkdaşı Tomas Blom mətbuat konfransında bildirib ki, oktyabrın 25-də saxlanılan şübhəli şəxsə "Mixail Mikuşin" adı verilib. 

Tomas Blom şübhəlinin indiki mərhələdə casusluq ittihamı ilə üzləşdiyini və hadisə ilə bağlı istintaqın yeni başladığı üçün ilkin ittihamların dəyişə biləcəyini bildirib. Norveç rəsmiləri şübhəli “casus”un 44 yaşında olduğunu və Rusiyada doğulduğunu bildiriblər.

Yerli mətbuatda çıxan xəbərlərdə şübhəlinin özünə "Xose Assis Giammaria" adlandırdığını qeyd edilib. Sözügedən şübhəli Norveçin casusluq qanununu pozduğu təsdiq olunarsa, 3 ilə qədər həbs cəzası ala bilər.

Rusiyanın Oslodakı səfirliyindən verilən açıqlamada casusluqda ittiham olunan Braziliya əsilli akademik haqqında heç bir məlumata sahib olmadıqları, iddiaların “siyasi motivli” olduğu bildirilib.

Norveç Kəşfiyyatı Arktika Universitetində çalışan şəxsin saxta ad və şəxsiyyətdən istifadə edərək Rusiya adına casusluq fəaliyyəti həyata keçirdiyini iddia edib. Arktika Universiteti isə sözügedən şəxsin qonaq mühazirəçi kimi xidmət etdiyini açıqlayıb.

Onu da bildirək ki, son həftələr Norveçdə çoxlu sayda Rusiya vətəndaşı saxlanılıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR