Onlayn ictimai-siyasi qəzet
Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru Muhammad Yunus UNEC rektoruna müraciət edib.
Musavat.com xəbər verir ki, Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimi universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı, professor Muhammad Yunusu müşavir təyin edib.
Xatırladaq ki, Nobel mükafatçısı Muhammad Yunus 2017-ci ildə UNEC-də keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış etmiş və ona UNEC-in Fəxri professoru diplomu təqdim olunmuşdur.
Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-də Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub və Nobel mükafatçısı YSBM-də ilk mühazirəsini də sosial biznes sahəsinin problemlərinə həsr edib.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ