Onlayn ictimai-siyasi qəzet
"Müğənni olmaq istəməzdim. Gərək zamanında müğənniliyi atıb, başqa bir peşənin sahibi olardım".
Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində Xalq artisti Nisə Qasımova deyib.
O qeyd edib ki, müğənnilik sənəti ilə məşğul olsa da, daxili aləmi tamamilə fərqlidir.
"Özümü səhnədə görmədiyimi demək istəmirəm. Bu sənət üçün potensialım var. Mən məcburən müğənnilik, aktrisalıq edirəm. Ancaq daxili dünyam tamamilə başqadır. Elə olub ki, hansısa toyda, yaxud başqa məclisdə sənət dostlarımla görüşəndə gözlərim dolub, hamısını qucaqlamaq istəmişəm. Amma bu sənət eyni zamanda insanı rəqabətə sürükləyir, bir-biri ilə düşmən edir", - deyə Xalq artisti söyləyib.
Müğənni verilişin aparıcısının "estrada sənətinin tacı əlinizdə olsaydı, kimin başına qoyardınız?" sualına isə belə cavab verib:
"Elə bir ixtiyarım olsaydı, bir günlük də olsa, öz başıma qoyardım".
Ətraflı videoda:
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ