İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikolay Patruşev: “Yaponiya revanşist niyyətlə Kuril adaları ilə bağlı israrını gücləndirir”

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yaponiyanın Kuril adalarına qarşı revanşist istəklərini gücləndirəcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən verir ki, o, bu barədə Uzaq Şərq federal dairəsində milli təhlükəsizlik məsələləri üzrə keçirilən müşavirədə danışıb.

“Uzaq Şərq dairəsi ərazisində sərhəd bölgəsində vəziyyət ABŞ və onun müttəfiqlərinin Arktika və Asiya-Sakit okean regionlarında hərbi mövcudluğunu gücləndirməsi, Kuril adaları ilə bağlı Yaponiyanın revanşist istəklərinin güclənməsi və yeni hərbi blokların yaradılması kontekstində formalaşır.”, - deyə Nikolay Patruşev bildirib.

Qeyd edək ki, bu ilin mart ayında Rusiya Xarici İşlər Nazirliyi Yaponiya tərəfindən tətbiq olunan sanksiyalarla əlaqədar, hazırkı şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirməyəcəklərini bildirib.

Rusiya və Yaponiya uzun illərdir II dünya müharibəsinin nəticələrinə görə Kuril adalarına sahiblik məsələsinə görə sülh müqaviləsi bağlaya bilmirlər. Yaponiya tərəfi İturup, Şikotan, Kunaşir və Habomai adalar qrupunun ona məxsus olduğunu iddia edir. Moskva bu əraziləri özününkü hesab edir və hətta ərazi mübahisəsi faktını belə tanımır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR