İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyada daşqınlar 15 nəfərin həyatına son qoyub

Nigeriyanın Borno əyalətində yağışların səbəb olduğu daşqınlar 15 nəfərin həyatına son qoyub, 18 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, təbii fəlakət əkinçilik və heyvandarlıq sahələrinə böyük ziyan vurub.

Qeyd edək ki, Nigeriyada davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən ölkədə 400-dən çox insan həyatını itirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR