İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigerin devrilmiş prezidenti qaçmağa çalışıb

Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum ev dustaqlığından qaçmağa çalışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkədə hakimiyyəti ələ keçirmiş qüvvələrin nümayəndəsi, polkovnik mayor Amadu Abdraman bildirib.

Onun sözlərinə görə, oktyabrın 19-na keçən gecə Bazum ailəsi, iki aşpaz və iki təhlükəsizlik əməkdaşı ilə təhlükəsizlik qüvvələrindəki şəriklərinin köməyi ilə avtomobillə Niamey şəhərinin kənarına getməyi planlaşdırıb. O, daha sonra vertolyotla qonşu Nigeriyaya uçacaqmış. Qaçışın qarşısı alınıb.

Bazum iyulun 26-da öz mühafizəçiləri tərəfindən saxlanılıb. Devrilmiş prezident istefa ərizəsini imzalamağa məcbur olub. Hazırda o, həyat yoldaşı və oğlu ilə birlikdə paytaxt iqamətgahında saxlanılır.

Niger məhkəməsi Bazumun oğlu Salemin azadlığa buraxılmasına qərar verib və bildirib ki, onu həbs etməklə yeni hakimiyyət öz səlahiyyətlilərini aşıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR