İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigerdə çevriliş tərəfdarları Rusiya bayrağı qaldırıb - Prezident girovluqdadır

Nigerdə dövlət çevrilişi davam edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qiyamçıların yüzlərlə tərəfdarı Niamey küçələrinə çıxaraq Rusiyanı baş verənlərə müdaxilə etməyə çağırıb.

Hazırda Niger prezidentini ələ keçirən üsyankar hərbçilər ölkə üzərində nəzarəti gücləndirir. Onların yüzlərlə tərəfdarı Fransanı və ümumilikdə Qərbi qınayıb, Rusiyaya isə rəğbət bildiriblər.

Xəbər verilir ki, dünən səhər Nigerin xalq tərəfindən seçilmiş prezidenti Mohamed Bazum özünü "Vətənin xilası üçün milli şura" adlandıran zabitləri tərəfindən saxlanılıb və öz iqamətgahında girov edilib. Üsyançılara ordunun yüksək rəhbərliyi tərəfindən dəstək verilir. Ölkə sərhədlərini bağlanıb, komendant saatı tətbiq etdilib, konstitusiya ləğv olunub və demokratik təsisatların fəaliyyəti dayandırılıb.

Avropa Şurasının sədri Şarl Mişel üsyançıları prezidenti dərhal azad etməyə çağırıb.

Avropa İttifaqının xarici xidmətinin nümayəndəsi Nabilah Massralı deyib: "Şarl Mişel Avropa İttifqaqının bu ölkəyə tam dəstəyini və Nigerin Avropa Birliyinin ən mühüm tərəfdaşı olduğunu xatırladıb, deyib ki, sabitliyin pozulması nə ölkənin, nə regionun, nə də digər ölkələrin maraqlarına uyğun deyil".

Niger terrorçu “Əl-Qaidə” və İŞİD mücahidlərinin fəal olduğu təlatümlü Sahel bölgəsində Qərb ölkələrinin əsas müttəfiqlərindən biridir.

BMT-nin baş katibi Antonio Quterreş də Məhəmməd Bazumu azad etməyə çağırıb. Təşkilat ölkədə humanitar işləri müvəqqəti dayandırıb.

Qonşu Beninin prezidenti Patris Talon danışıqlar üçün Niameyə gedib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR