İnsanlara hürriyət, millətlərə istiqlal!

Niger hava məkanını bağlayır - media

 Nigerdə dövlət çevrilişi etmiş qiyamçılar ölkənin hava məkanını növbəti xəbərdarlığa qədər bağladıqlarını elan ediblər.

Musavat.com France24 telekanalına istinadən xəbər verir ki, Niger ordusunun bəyanatında deyilir:

"Qonşu ölkələrin hazırlıqları sayəsində getdikcə aydınlaşan müdaxilə təhlükəsi ilə üzləşən Nigerin hava məkanı növbəti xəbərdarlıq edilənədək bütün təyyarələr üçün bağlıdır". 

Telekanalın məlumatına görə, üsyançılar hava məkanını pozmağa hər hansı cəhdin "güclü və dərhal cavab" veriləcəyi barədə xəbərdarlıq ediblər.

Eyni zamanda Fransa Xarici İşlər Nazirliyi Parisin Nigerdəki üsyançılara dəstək verən Burkina Fasoya yardımı dayandırdığını açıqlayıb.

Bundan əvvəl Mali və Burkina Faso qiyamçılara dəstək verib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR