İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland Ukraynaya QARŞI ÇIXDI: 2030-cu ildə...

Niderlandın baş naziri Mark Rutte Ukraynanın 2030-cu ildə Avropa İttifaqına (Aİ) daxil olması ehtimalını dəstəkləmədiyini bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçinin fikrincə, Aİ-yə daxil olmaq üçün Ukrayna və digər namizədlər şərtləri yerinə yetirməlidir, onlara güzəştə getmək olmaz.

rutte.jpg (89 KB)

Onun sözlərinə görə, Aİ yeni üzvləri qəbul edərsə, qərarların qəbulu və digər məsələlər daha da mürəkkəbləşəcək.

"Mən bu tarixlə qətiyyən razı deyiləm", - deyə baş nazir İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini etiraf edib. O qeyd edib ki, bunun üçün Kiyev öz tapşırıqlarını yerinə yetirməli olacaq. “Financial Times”ın yazdığına görə, Ukrayna birliyə üzv olacağı təqdirdə Aİ bu ölkəyə 186 milyard avro xərcləməli olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR